Logo

"Beynəlxalq sülhün qorunması üçün..." - Putin müsəlmanları belə TƏBRİK ETDİ

"Beynəlxalq sülhün qorunması üçün..." - Putin müsəlmanları belə TƏBRİK ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, dövlət başçısının təbrikini Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, müfti Şeyx Ravil Qaynutdin Qurban bayramı ilə bağlı xütbəsi zamanı oxuyub.

Putin təbrikində Qurban bayramının önəminə, müsəlman icmasının ölkənin həyatındakı roluna diqqət çəkib:

"Qurban bayramı dərin mənəvi, əxlaqi məna daşıyır, insanları birləşdirməyə, əbədi sevgi, xeyirxahlıq və mərhəmət dəyərlərinin qorunub saxlanmasına xidmət edir. Sevindirici haldır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında fəal iştirak edir. Geniş miqyaslı xeyriyyəçilik və maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə, gənc nəslin öz əcdadlarının adət-ənənələrinə hörmətlə tərbiyə olunmasına yorulmadan diqqət yetirir. Müsəlman icmasının fəaliyyəti cəmiyyətdə beynəlxalq sülhün və harmoniyanın qorunması üçün çox vacibdir".

Vəsilə İbrahim

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR