Rusiya BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə VETO QOYDU
Kateqoriya məlum deyil
Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.
Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.
Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.
İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.






