Logo

Baş nazirdən Türkiyə etirafı - “Bunun qarşısını həmişəlik ala bilməzdik”

Baş nazirdən Türkiyə etirafı - “Bunun qarşısını həmişəlik ala bilməzdik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis Afina-Ankara əlaqələri barədə danışıb.

Sfera.az xəbər verir ki, bu yay Türkiyə-Yunanıstan münasibətlərində 2020-ci ilin həminki dövrünə bənzər gərginlik gözləmədiyini deyən Mitsotakis martda Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün müsbət atmosferdə baş tutduğunu xatırladıb.

Vaşinqton səfərinə toxunan Mitsotakis Türkiyənin ABŞ-dan F-16 almasına Prezidenti Co Baydenin müsbət yanaşması ilə bağlı bunu söyləyib:

“Yunanıstanın ABŞ-ın Türkiyəyə silah satışının qarşısını həmişəlik ala biləcəyini düşünən hər kəs, məncə, real güc balansını tam anlamır”.Baş nazir bu nöqtədən sonra ABŞ-ın silah satışı ilə bağlı qərarlarının son dərəcə mürəkkəb, uzunmüddətli və bürokratik prosesdən asılı olduğunu və Türkiyənin davranışını dəyişməyəcəyi təqdirdə Konqresin Ankaraya silah satmağa razı olmayacağını da iddia edib.

O, Türkiyə ilə Yunanıstanın çox yaxşı dost olmaması üçün heç bir səbəb olmadığını da deyib. Mitsotakis Yunanıstanın Avropa ilə Türkiyə arasında körpü ola biləcəyini vurğulayıb.(teleqraf.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR