G20-nin simvolik iclasında FİKİR HAÇALANMASI: Rusiya ilə bir masada oturmaqdan imtin etdilər...

G20-nin simvolik iclasında FİKİR HAÇALANMASI: Rusiya ilə bir masada oturmaqdan imtin etdilər...

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə görə toplantıya qatılan xarici işlər nazirlərinin bir qismi rusiyalı həmkarlarıyla görüşməyəcəklər”.


Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu İndoneziyanın Bali şəhərində baş tutan “böyük iyirmilərin” xarici işlər nazirlərinin görüşündən danışarkən deyib. O qeyd edib ki, Qərb ölkələrinin bir qismi hətta Rusiyanı “böyük iyirmilər”dən uzaqlaşdırılmasını təklif ediblər:

“Böyük Britaniya, Almaniya, Fransa, Kanada, ABŞ, İtaliya və Yaponiyanın xarici işlər nazirləri rusiyalı həmkarlarıyla bir masada oturmamaq üçün ev sahibinin təşkil etdiyi ziyafətdə iştirak etməyiblər. Buna baxmayaraq, bir qisim ölkə bunun əleyhinə çıxaraq Rusiyanın tam təcrid edilməsinin doğru olmadığı qənaətindədir. “Böyük iyirmilər” adətən qlobal mövzuları müzakirə edirlər. Böyük dövlətlərin nazirləri dünyadakı iqtisadi problemi və pandemiya ilə mübarizənin hazırkı durumu ətrfaında fikir mübadiləsi aparırlar. Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dayandırılmasını tələb etsələr də, bunu rusiyalı nazirin iştirakıyla müzakirəsini mümkün hesab etmirlər. Nazirlər ikitərəfli görüşlər də həyata keçirirlər. Rusiyanın xarici işlər naziri çinli və türkiyəli həmkarlarıyla görüşüb. Sergey Lavrov ilk görüşü çinli həmkarı Van Yi ilə keçriməklə Moskva-Pekin münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini vurğulamağa çalışıb”.

Ekspert vurğulayıb ki, Kreml Çini yanında tutmağa çalışır:

“Ancaq bu, asan deyil. Çünki Pekin Kremldən fərqli olaraq Qərblə bütün körpülərini yandırmaq istəmir. Çin lideri Tsi Sinpinin koronavirus bəhanəsi ilə Moskvaya səfərdən itmina etməsi Kremlin narahatlığına səbəb olub. Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə Ukraynadakı və Qara dəniz ətrafındakı vəziyyəti müzakirə edib. Ankara əvvəlkitək Ukrayna taxılının təhlükəsiz şəraitdə dünya bazarlarına çıxarılmasını təmin etməyə çalışır. Hələ ki, bu alınmır. Rəsmi Kiyevin son zamanlar Türkiyəyə münasibəti bir qədər dəyişib.

Kiyev şübhələnir ki, Rusiya Ukraynadan oğurladığı taxılı Türkiyənin limanlarına daşıyır və guya Ankara buna göz yumur. Bu məsələ ilə bağlı Türkiyənin səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağrılıb. Ukraynanın Türkiyədəki səfiri də son zamanlar iki ölkə arasındakı münasibətlərdə suallar yaradan məqamlara toxunub. Kiyev Ankaranın Moskva ilə dialoqu davam etdirməsindən narahatdır. Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Bunun siyasi və iqtisadi səbəbləri var. Beləliklə, “böyük iyirmilərin” toplantısı sadəcə simvolik əhəmiyyət daşıyır. “Böyük yeddilər”də fikir birliyi mövcuddur və orada ortaq qərarlar qəbul etmək asandır. “Böyük iyirmilər” də Rusiya və Çinin iştirakı ortaq qərarların qəbulunu çətinləşdirir”.

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.   Sfera.az xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər...

Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

Şuşada ağır yol qəzası olub.   Sfera.az-ın məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.   Qəza nəticəsində avtomobildə olan sərnişin...

Leypsiq kitabxanasında Motsartın bizə məlum olmayan əsərləri tapıldı

Leypsiq kitabxanasında tədqiqatçılar 1760-cı illərə aid bir əsər tapıblar. Bu əsər, ehtimal ki, Motsart yeniyetmə olarkən yaradılmışdır. Sfera.az bildirir ...

Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məl...

Naxçıvanda gəlin maşını qəzaya düşdü - Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub.   Sfera.az nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 d...

Xankəndidə illər sonra İLK TOY: bəy təəssüratlarını bölüşdü - VİDEO

Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını "Baku" TV ilə bölüşüb.   Təəssüratlarının çox gözəl olduğunu dey...