Logo

Putinin sözçüsündən Boris Consonun istefasına REAKSİYA

Putinin sözçüsündən Boris Consonun istefasına REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Kreml baş verənləri hökumət böhranının təzahürü hesab edir”.

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın baş naziri Boris Consonun istefası ilə bağlı xəbərləri şərh edərkən deyib.

“Böyük Britaniyadakı vəziyyət, hökumət böhranı bizim işimiz üçün prioritet ola bilməz. Amma təbii ki, diqqət yetiririk. Cənab Consonun özünə gəlincə, o, bizi çox da sevmir. Biz də onu”, - Peskov bildirib.

Peskov Böyük Britaniyanın baş nazirinin istefası fonunda Avropa ölkələrinin Ukrayna ilə bağlı düşüncələrinin necə dəyişə biləcəyi sualı cavabsız qoyub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR