Bu dövlətlər İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi
Kateqoriya məlum deyil
Estoniya İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokolları ratifikasiya edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu məqsədlə qanunverici orqanın növbədənkənar iclası çağırılıb.
Estoniyalı parlamentarilər qərarı yekdilliklə qəbul ediblər, əleyhinə və bitərəf olmayıb.
Yalnız üç deputat səsverməyə qatılmayıb.
Qeyd edək ki, daha əvvəl Kanada və Böyük Britaniya da sənədi ratifikasiya etmişdi.






