Logo

Yens Stoltenberq: "FETÖ-yə qarşı birlikdə mübarizə aparmalıyıq"

Yens Stoltenberq: "FETÖ-yə qarşı birlikdə mübarizə aparmalıyıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Həm daha təcavüzkar Rusiya, həm də FETÖ-yə qarşı birlikdə mübarizə aparmaq lazımdır”.

Sfera.az  xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə bu iki ölkənin alyansa üzv olması ilə bağlı protokolların imzalanmasına həsr edilən birgə mətbuat konfransında bildirib.

O, Türkiyə, Finlandiya və İsveçə tutduqları konstruktiv mövqeyə görə təəşkkür edib.

Baş katib Madrid sammitində imzalanan üçtərəfli sənədə işarə edərək terrora qarşı mübarizənin NATO-nun gündəliyində prioritet olduğunu bildirib:

"Ağıl və qəlb fəth etməyin ən yaxşı yolu həm daha aqressiv Rusiya, həm də FETÖ terroru ilə qarşılaşdığımız bütün təhlükəsizlik təhdidlərinə qarşı birlikdə mübarizə aparmaqdır”.

Qeyd edək ki, Türkiyə NATO-ya üzv olmaları üçün İsveç və Finlandiyadan terrorçu PKK-çılara ölkədə sığınacaq verməməsi və onların fəaliyyəti üçün şərait yaratmamasını tələb edir. Rəsmi Ankara İsveçdən 73 terrorçunun təhvil verilməsini istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR