Özbəkistanda “Rusiyanın quyruğu” göründü – Qaraqalpaqlar Putinə müraciət edir

Özbəkistanda “Rusiyanın quyruğu” göründü – Qaraqalpaqlar Putinə müraciət edir

“Rusiya mediası Qaraqalpaq Respublikasından reportaj hazırlayıb. Yerli əhalinin dilindən “Biz Qaraqalpaq xalqını qorumaq üçün Putinə müraciət etdik” kimi fikirlər yazırlar. “Qaraqalpaqlar Özbəkistanın ən çox rusdilli xalqlarından biri hesab olunur” qeydini vurğulamağı da unutmurlar”.

Sfera.az bildirir ki, bunu siyasi ekspert Asif Nərimanlı deyib.

 

Onun sözlərinə görə, Özbəkistanda baş verənlər ilin əvvəlində Qazaxıstan hadisələri və Putinin Lukaşenkonun dili ilə “Özbəkistan dərs çıxarmalıdır” xəbərdarlığı fonunda gözlənilən idi, lakin hadisələrin inkişafını Mirziyayev mümkün risklərə qarşı qabaqlayıcı gedişi müəyyən etdi:

 

“Qaraqalpaq Respublikasının 1993-cü ildə Özbəkistana birləşməsi haqda müqavilə 20 illik idi, müqaviləyə görə, qaraqalpaqların suverenliyi və referendum yolu ilə ayrılmaq hüququ saxlanılır, bu hüquqlar Özbəkistan Konstitusiyasında təsdiq olunur. 2013-cü ildə müqavilə bitəndən sonra Kərimov “müstəqillik” haqda eşidilən müəyyən səsləri inzibati resurslarla sakitləşdirdi. Bu səslər Kərimovun ölümündən sonra, xüsusilə 2019-cu ildə yenidən eşidilməyə başlandı. 2019-cu il Mirziyayevin Ankara ilə daha yaxın təmaslar qurmağa başladığı, Türk Şurasına üzvlüyə razı olduğu tarixdə “Qaraqalpaq Respublikasının mühacirət hökuməti” elan edildi, əsas fəaliyyət mərkəzi də Moskvadır”.

 

Ekspertin sözlərinə görə, Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür:

 

“Özbəkistan İslam Partiyasını fəallaşdırmaq və qaraqalpaqların müstəqilliyi, yaxud başqa ölkə ilə birləşməsi haqqından istifadə etməsini aktuallaşdırmaq.

 

Birinci kart Kərimovun dövründə tam olmasa da, böyük ölçüdə neytrallaşdırılıb, Mirziyayev konstitusiyaya dəyişikliklə ikinci kartı da sıradan çıxarmaq istəyir və bu addımı Qazaxıstan hadisələrindən sonra edilən xəbərdarlıq, eyni zamanda Ukrayna müharibəsi ilə dəyişən şərtlər daha da zəruri edir. Nukusda yaşananlar da Mirziyayevin həmləsinin önünü kəsmək məqsədi daşıyırdı və Daşkəndin geri çəkilməsi buna nail olduqlarını göstərir. Hərçənd prosesin hələ başlanğıcda olduğu ehtimalı daha böyükdür: Daşkənd “müdaxilə riskini” aradan qaldırmaq, Rusiya bu kartı saxlamaq uğrunda döyüşəcək”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...