“Oliqarx məmurlar quru sərhədlərin açılmasına mane olur” – Partiya sədrindən açıqlama

“Oliqarx məmurlar quru sərhədlərin açılmasına mane olur” – Partiya sədrindən açıqlama

“Dünyanın bir çox ölkələri quru sərhədlərini açıblar, Azərbaycanda vəziyyət hələ də eynidir. Nəzərə almaq lazımdır ki,  yay aylarıdır və turistlərin axını var, hər ölkə bundan öz xeyrini götürmək istəyir”.

Bunu Sfera.az-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib. O bildirib ki, hava yolları sadə vətəndaşlar və orta gəlirli turistlər üçün sərfəli deyil:

 

“İnsanlar istirahətə ayırdıları maliyyənin yarıdan çoxunu biletə vermək istəmirlər. Digər tərəfdən, Azərbaycanda nə Operativ Qərargah,  nə də başqa aidiyyatı qurumlar heç bir qaneedici izahat vermir. Quru sərhədlərin hansı səbəbdən açılmaması ilə bağlı konkret nəsə deyilmir, əksinə, Naxçıvan üzərindən yeganə açıq  olan quru sərhədlərini də bağladılar. Bunun səbəbini iqtisadi məsələlərdə görürəm. Yəni burada oliqarxlaşmış məmurların biznes gözləntiləri var. Bir çoxları quru sərhədlərin açılmasında, insanların səfər edərək bu və ya digər məhsulları Azərbaycana gətirməsində, alternativ yaranmasında maraqlı deyil”.

 

Partiya sədri həmçinin quru sərhədlərlə bağlı AZAL-ın maraqlarının olduğunu bildirib:

 

“Bilirsiniz ki, AZAL çox fantastik qiymətə biletlər satır. Quru sərhədlər açılsa, təbii ki, bilet satışı 70 faiz azalacaq. Ona görə burada ancaq hakimiyyətdəki məmurların iqtisadi maraqlarından söz açmaq olar. Təəssüf ki, bu, onları qane etsə də, xalqın, insanların maraqlarını qarşılamır. Bu baxımdan həmişəki kimi, quru sərhədlərin hər istiqamətdə açılmasını tələb edirik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...