Logo

İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edəcək

İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasının nəticəsi olaraq 15 illik fasilədən sonra İsrail aviaşirkətləri Türkiyə ərazisinə müntəzəm uçuşları bərpa edə bilər.  Bundan əlavə, Təl-Əviv və Ankara mülki aviasiya sahəsində əməkdaşlığı bərpa edəcəklər.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail və Türkiyə tərəfləri arasında iyulun 4-də keçiriləcək danışıqlarda müntəzəm uçuşların tezliyinin artırılması və sərnişinlərin təhlükəsizliyi məsələlərinin həlli də müzakirə olunacaq.

Xatırladaq ki, İsrail aviaşirkətləri 2007-ci ildən Türkiyəyə uçuşlar həyata keçirmir, bütün bu müddət ərzində iki ölkə arasında hava nəqliyyatı yalnız Türkiyə tərəfdən həyata keçirilirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR