Türkiyə və Ermənistan RAZILAŞDI: Quru sərhədlər tezliklə açılacaq - YENİLƏNDİ
Bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.
Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.
***
18:15
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri dördüncü dəfə bir araya gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş Vyanada keçirilir.
Qeyd edək ki, bundan əvvəl tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də isə Vyanada baş tutub.






