Bayden bu dəfə də İsveçlə İsveçrəni QARIŞDIRDI
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Co Bayden NATO-nun genişlənməsindən danışarkən İsveçrə və İsveçi dəyişik salıb.
Sfera.az xəbər verir ki, olay NATO sammitindən sonra keçirilən mətbuat konfransı zamanı yaşanıb.
C.Bayden deyib: “İsveçrənin başçısı. İsveçrə, Allahım, NATO-nun genişlənməsi məni həyəcanlandırır. İsveç”.
Bir müddət əvvəl ABŞ Prezidenti Şimali Atlantika Alyansının özünü təhdid etdiyini deyərək səhvə yol vermişdi.
Bundan sonra Bayden özünü korrektə edib və aydınlaşdırıb ki, alyans təhdidlərə qarşı mübarizə aparır və Şərqdən gələn təhdidlərə və Cənubdan gələn sınaqlara qarşı mövqeyini gücləndirir.(publika.az)






