Logo

"Siz soyunsanız..." - Putindən yarıçılpaq şəkillərini lağa qoyan Qərb liderlərinə REAKSİYA

"Siz soyunsanız..." - Putindən yarıçılpaq şəkillərini lağa qoyan Qərb liderlərinə REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin at üstündə yarıçılpaq çəkilən şəklini ələ salan Qərb liderlərinə reaksiya verib.

Sfera.az xəbər verir ki, Rusiya lideri Türkmənistan səfəri öncəsi məsələ ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, Qərb liderləri Putini təqlid etməyə çalışsalar, iyrənc görünəcəklər:

"Bilmirəm, beldən aşağı, yoxsa yuxarı soyunmaq istəyiblər. Amma hər halda bu, iyrənc görüntü olardı. Çünki yaxşı görsənmək üçün alkoqol və digər pis vərdişlərdən imtina etmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq lazımdır".

Qeyd edək ki, G7-nin Bavariyada keçirilən sammitində Böyük Britaniya Baş naziri Boris Conson liderlərə Putini qorxutmaq və daha sərt olduqlarını göstərmək üçün zarafatla soyunmağı təklif edib. Kanadanın Baş naziri Castin Trüdo isə soyunub ata minmək lazım olduğunu bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen təkliflərə "bəli, ən yaxşısı ata minməkdir" cavabını verib.

Vəsilə İbrahim

Sfera.az

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR