Paşinyan Laçından çıxaracağı erməniləri hara köçürəcək? – Üç mümkün ssenari

Paşinyan Laçından çıxaracağı erməniləri hara köçürəcək? – Üç mümkün ssenari

“Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil veriləcək”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfrasında deyib.

 

Sfera.az-ın məlumatına görə, mövzuyla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər:

 

“Birincisi, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər: çatlaq səsələr artıq eşidilir, lakin razılaşma var və Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir. Bununla yanaşı, bu məsələ Rusiyaya üçtərəfli razılaşmada “irəliləyiş” olduğunu göstərmək baxımından lazımdır. İkincisi, çıxmaq istəməyən, lakin məcbur edilən ermənilər geridə qalanları məhv edəcək: müharibədən sonra evlərə od vurduqlarını görümüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil. Üçüncüsü, çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır - Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə. Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır. Mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır”.

 

Ekspert əlavə edib ki, həmin ermənilərin separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil və xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu, mümkündür:

 

“Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb, “Qarabağ erməniləri” deyil. Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Miqrasiya sahəsində YENİ QAYDALAR: Yeni qərar Rusiya iqtisadiyyatına necə təsir edəcək?

“Krokus terroru”, eləcə də rus general İqor Kirillovun ölümündən sonra Rusiyada miqrantlara təzyiqlər artıb. Yeni ilin ilk günü, yəni yanvarın 1-dən...

Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi

Dünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Macarıstan hökuməti məlum...

Aktyor Azər Baxşəliyev vəfat etdi - YENİLƏNDİ

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.   Bu barədə Sfer...

Tramp və Mask HƏDƏFDƏ: "O, Amerika üçün əsas təhlükədir" - AÇIQLAMA

2024-cü ilin sonu və Yeni ilin ilk günləri Amerika Birləşmiş Ştatları üçün heç də yaxşı başlamayıb. Cəmi 3 gün ərzində 2 terror hadisəsi və Las-Veqas şəhərində ...

Yeni Zelandiyadan olan MMA döyüşçüsü ölü tapıldı

Yeni Zelandiyadan olan MMA döyüşçüsü Hakaraiya Uilson yanvarın 1-də gecə ölü tapılıb.   Sfera.az xəbər verir ki, 26 yaşlı idmançının cəsədi Yeni...

Hacıqabulda qəzada azyaşlı ÖLDÜ - Xəsarət alanlar var

Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən ke...