"Rusiya ilə münasibətlərdə geridönüş yoxdur" - Almaniya kansleri
Kateqoriya məlum deyil
Fevralın 24-dən Rusiya ilə münasibətlərdə geridönüş yoxdur, Ukrayna münaqişəsi beynəlxalq münasibətlərdə dərin qırılma deməkdir.
Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Aydındır ki, bu müharibə beynəlxalq münasibətlərdə dərin qırılmadır. Dövlətlər arasında əməkdaşlığın üsul və vasitələri ilə bağlı bir-birimizlə bağladığımız bütün müqavilələr, xüsusən də sərhəd məsələsi üzrə razılaşmalar beləcə pozulur. G7 olaraq bu fikirdəyik ki, bu, beynəlxalq münasibətlərə təsir edəcək çox uzunmüddətli dəyişiklikdir”, - Şolts bildirib.






