Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda - FOTOLAR
Maltanın paytaxtı Valetta şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) təsis edilməsinin 20 illiyinə həsr edilmiş "Rəqəmsallaşdırılmış ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilib.
Sfera.az xəbər verir ki, konfransda Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirin ilk günü Avropa məkanında elektron məhkəmə sisteminin tətbiqi üzrə yeni çağırışlar, ədalət mühakiməsinin həyata keçirilməsində süni intellektin tətbiqi imkanları, mövcud problemlər və onların həlli üsulları barədə geniş fikir mübadiləsi aparılıb. Konfransda nümayəndə heyətinin üzvləri tərəfindən çıxışlar edilərək, iştirakçılara Azərbaycanda həyata keçirilən son məhkəmə-hüquq islahatları, habelə elektron məhkəmə sisteminin inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.














