Logo

Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edildi

Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsraillə kəşfiyyat müharibəsində son məğlubiyyətlərinin nəticəsi olaraq SEPAH-ın yüksək rütbəli komandanlarının yerdəyişməsindən sonra, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın Ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın “Vəli-ye Əmr” birləşməsinin komandanı təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Xatırladaq ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə, İranı İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR