Logo

"Britaniya Ukraynaya dəstəyi dayandırsa, istefa verəcəyəm" -  Consondan MÖVQE

"Britaniya Ukraynaya dəstəyi dayandırsa, istefa verəcəyəm" - Consondan MÖVQE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Böyük Britaniya Ukraynaya dəstəyi dayandırmağı lazım bilsə, istefa verəcəyəm".

Sfera.az xəbər verir ki, bunu B.Britaniyanın Baş naziri Boris Conson BBC-nin "liderlik əxlaqla bağlıdırmı və Consonun istefası üçün səbəblər nələr ola bilər?" sualına cavab verərkən bildirib.

"Əlbəttə, düşünürəm ki, liderlik əxlaqla bağlıdır. Əgər mənə desəydilər ki, Ukrayna məsələsindən əl çəkməliyik, çünki artıq vəziyyət çox mürəkkəbləşib və bu xalqı dəstəkləmək inflyasiyaya, iqtisadi zərərə səbəb olur, mən bunu edərdim. Çox vacib bir mübahisədə məğlub olduğumu qəbul edib istefa verərdim. Lakin hal-hazırda belə bir vəziyyət yoxdur" - B.Conson qeyd edib.

Conson ona qarşı olan tənqidlər və istefa çağırışları ilə bağlı sualı isə belə cavablandırıb:

"Mən vacib tənqidlərlə vacib olmayan tənqidlər arasında fərq qoymalıyam".

Qeyd edək ki, Boris Conson son zamanlarda bir neçə dəfə istefaya çağırılıb.

Vəsilə İbrahim

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR