Logo

İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldular - FOTOLAR/YENİLƏNDİ

İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldular - FOTOLAR/YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Sfera.az xəbər verir ki, dövlətimizin başçısına “TEXNOPARK” barədə məlumat verildi. Bildirildi ki, “TEXNOPARK” MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. “TEXNOPARK” yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. “TEXNOPARK” MMC-nin sahəsi 103 hektardan artıqdır.

Dövlətimiz başçısı burada istehsal olunan sənayə, texniki, elektron, inşaat və məişət məhsullarına baxdı.

Bildirildi ki, tərəfdaşları dünyanın aparıcı şirkətləri olan “TEXNOPARK” MMC-nin fəaliyyəti, eyni zamanda, geniş çeşiddə məişət texnikası istehsalı üzrə müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəlib. Hazırda burada 13 istehsal obyekti fəaliyyət göstərir. Bunların sırasına lift, eskalator, elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri, soyutma sistemləri, paltaryuyan maşın və digərləri daxildir. 2022-ci ildə burada yeni sənaye avadanlıqlarının istehsalı, avtomatlaşdırılmış logistika mərkəzinin yaradılması nəzərdə tutulub.

“TEXNOPARK” MMC-də 16 sənaye istiqaməti birləşib. Burada, həmçinin logistik mərkəz də fəaliyyət göstərir, daxili və xarici bazarlara yönəlmiş geniş çeşiddə sənaye, texniki, elektron, tikinti və məişət məhsulları istehsal olunur.

***

18:57

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR