Nazirlər, icra başçıları və digər yüksək vəzifəli məmurlar... - Azərbaycanda kim, nə qədər maaş alır? 

Nazirlər, icra başçıları və digər yüksək vəzifəli məmurlar... - Azərbaycanda kim, nə qədər maaş alır? 

Millət vəkillərin aylıq maaşlarının artırılması ilə bağlı məsələ ölkə gündəmində geniş müzakirə mövzusuna çevrilib.

 

Belə ki, təklif olunan dəyişikliklə deputatların maaşına minimum 753 manat olmaqla artım gələcək.

 

Sfera.az-ın əməkdaşı bu məsələdən yola çıxaraq dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərin aylıq maaşları ilə bağlı kiçik araşdırma edib.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənməkdə idi.Lakin Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında artımlar edilib. Belə ki, maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib. Bu  səbəblə qeyd olunan artıma əsasən rəhbər vəzifələrdə çalışan şəxslərin aylıq maaşları təqribi hesabla aşağıdakı kimidir:

 

1. Baş nazir – 2 952 manat

 

2. Baş nazirin birinci müavini – 2 592 manat

 

3. Baş nazirin müavini – 2 472 manat

 

4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 2 310 manat

 

5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri – 1 914 manat

 

6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – 1 650 manat

 

7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini – 1 536 manat

 

8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini – 1 386 manat

 

II. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə aşağıdakı məbləğlərdə müəyyən edilir:

 

1.Bakı şəhəri – 2 310 manat

 

2.Gəncə və Sumqayıt şəhərləri – 1 536 manat

 

3.Şəhər, rayon və şəhər rayonu üzrə:əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1 254 manat

 

4.Əhalisinin sayı 50-100 min nəfər olduqda – 1 188 manat

 

5.Əhalisinin sayı 50 min nəfərədək olduqda – 1 056 manat

 

III. Bundan əlavə digər dövlər qurumlarında rəhbər şəxslərin maaşları belədir:

 

1.AMEA-nın prezidenti  - 3700 manat

 

2.Heydər Əliyev Mərkəzinin direktoru - 3614 manat

 

3.Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru - 2851 manat

 

4.“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru - 2217 manat

 

5.Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun rəhbəri - 1836 manat

 

6.Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının baş direktoru - 1382 manat

 

7.Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin baş direktoru - 734 manat.

 

Onu da qeyd edək ki, bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı da verilir.

 

Əzizə Zeynal 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...