Logo

“Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram” - Qaribaşvili

“Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram” - Qaribaşvili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Nə Ukraynaya, nə də Moldovaya paxıllıq edirəm”.

Sfera.az rbc.ua-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edən qərarını şərh edərkən deyib.

“Biz yaxşı bilirik ki, Ukrayna çətin vəziyyətdədir, ərazisinin 20%-i artıq itirilib və müharibə davam edir. Moldova da çox çətin vəziyyətdədir. Moldova müharibədən ilk əziyyət çəkənlərdən olub. Ona görə də mən həqiqətən nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”, - Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynaya bu status müharibə şəraitində olduğuna görə verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR