\"Ukrayna bu ölkələrlə birgə Rusiyanı ərazisindən çıxaracaq\" – AÇIQLAMA

\

“Ukraynanın Avropa Birliyinə üzv olması geosiyasi proseslər fonunda yaxın perspektivdə reallaşacaq”.

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. O, Almaniya və Fransanın Kiyevi nəzarətdə saxlaya biləcəyini qeyd edib:

 

“Birliyə üzvlüyü Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində xüsusi vurğuladı.  Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevə səfəri, apardıqları danışıqlar fonunda Ukraynın birliyə üzv olması üçün yaşıl işıq yandırılıb. Bundan əlavə, hər üç ölkə Moskva ilə danışıqlarda və atəşkəsdə maraqlıdır. Bunun üçün Kiyevin güzəştə getməsi danışıqların əsas predmeti olur.

 

Gürcüstan, Moldovadan fərqli olaraq Ukrayna Avropanın qapısında saxlanılmayacaq. Kiyevin Birliyə üzvlüyü Moskvanı da narahat etmir, çünki Almaniya və Fransanın Kiyevi öz nəzarətində saxlaması mümkündür.  

 

Qeyd edim ki, Rusiya Ukrayna müharibəsi fonunda Qərb cəbhəsində fikir ayrılıqları ortaya çıxıb. Böyük Britaniya Şərqi Avropada yeni bir güc mərkəzi yaratmağı planlayır. Ukrayna, Polşa və Pribaltika ölkələri ilə birgə siyasi-hərbi blok Avropa Birliyinə alternativ olaraq Londonun Birlik üzərində geosiyasi mövqeyini gücləndirilməsini nəzərdə tutmaqla yanaşı, Şərqi Avropada Almaniya və Fransanın aktiv siyasətinin qarşısını alacaq”.

 

Ekspert Böyük Britaniya və ABŞ-ın yeni birlik formalaşdıracağına diqqət çəkib. O, Rusiyanın Ukraynadan çıxarılacağını da vurğulayıb:

 

“Avropanın iki mərkəzə ayrılması, Berlin və Parisin mövqelərinin zəiflədilməsi Londonun önə çıxmasına gətirib çıxara bilər. Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Şoultsun tələsik Ukraynaya səfəri Ukraynanı Böyük Britaniyanın moderatorluğu altında qurulan birlikdən uzaq tutmaqla, Avropa Birliyində “Minsk 3 formatında" danışıqların aparılmasında maraqlıdırlar. Bu format hazırkı statuskvo şəraitində Kiyevin Kremlə  atəşkəs müqaviləsi bağlamasını özündə əks etdirir. Bu, Berlin və Psrisin Böyük Britaniyanın Avropada geosiyasi üstünlüyünün qarşısını almaqdır.

 

Təbii ki, Qərb koalisiyası daxilində fikir ayrılıqları Putinin irəliləməsini şərtləndirir. Ukraynaya tam logistik dəstək verən ABŞ mövqeyi burada həlledicidir. Məhz Vaşinqtonda Kiyevin Paris və Berlindən uzaq durmasını yeni geosiyasi şəraitdə Londonda əməkdaşlığa getməsində maraqlıdır. Böyük Britaniya və ABŞ Avropada yeni bir təhlükəsizlik çətiri formalaşdıracaq və Rusiya Ukraynadan çıxarılacaq”.

 

Əzizə Zeynal
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR