Consondan Zelenskiyə maraqlı HƏDİYYƏ
Kateqoriya məlum deyil
Böyük Britaniya Baş naziri Boris Conson Kiyevdəki görüşdə Ukrayna lideri Volodimir Zelenskiyə kraliça II Yelizaveta haqda kitab hədiyyə edib.
Sfera.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Bildirilib ki, Consonun hədiyyə etdiyi kitab “Dövrümüzün kraliçası: II Yelizavetanın həyatı” adlanır.
Conson kitabı Zelenski üçün özü imzalayıb.
Consonun bu hədiyyəsinin hansı rəmzi məna daşıdığı bilinmir.






