Boris Conson yenidən Kiyevdə - FOTO
Kateqoriya məlum deyil
Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib.
Sfera.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Jurnalistlərin dediyinə görə, Baş nazirin Donkasterdə keçiriləcək böyük sammitdə iştirakı nəzərdə tutulmuşdu, lakin o, son anda iştirakdan imtina edib.
Bu, tammiqyaslı müharibə başladıqdan sonra Consonun Ukraynaya ikinci səfəridir.
Conson apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideridir.







