Azərbaycanla Ermənistanın İranın vasitəçiliyinə ehtiyacı varmı? - Abdullahiyanın açıqlamasına REAKSİYA

Azərbaycanla Ermənistanın İranın vasitəçiliyinə ehtiyacı varmı? - Abdullahiyanın açıqlamasına REAKSİYA

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranda Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə Ermənistan-Azərbaycan mübahisəsinin həlli üçün bütün imkanlardan istifadəyə hazır olduqlarını deyib.

 

Maraqlıdır, İran yaxın gələcəkdə Azərbaycan-Ermənistan arasındakı danışıqlarda müəyyən rol oynaya, vasitəçi ola bilərmi? İran tərəfinin bu xüsusda qərəzsiz mövqe sərgiləyəcəyinə inanmaq olarmı?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli İranın bir çox regionlara ciddi şəkildə təsir edə bildiyini, lakin Qarabağ mövzusunda konkret addım atmadığını deyib:

 

“Ermənistan bu gün yarımmüstəqil formada İran və Rusiyadan asılı olduğundan təbiidir ki, Tehran və Moskva İrəvanın apardığı siyasətə ciddi şəkildə təsir edirlər. Bunun da nəticəsini biz nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı məsələnin həll olunmamasında görürük. Digər tərəfdən qeyd etmək lazımdır ki, İran Cənubi Qafqaz, eyni zamanda digər regionlara da təsir etmək nüfuzuna malik  ölkədir. İran Aralıq dənizi, Çinə qədər bir çox istiqamətlər üzrə çox böyük geosiyasi proseslərə təsir edə bilir. İran 30 il ərzində istəsəydi, İrəvana çox ciddi şəkildə təzyiqlər edərdi. Lakin biz bu illər ərzində İrandan bu yöndə hansısa mühüm addım görmədik”.

 

Politoloq bir neçə formatda təşkil olunan görüşün Azərbaycan-Ermənistan münasibətlərinə təsir edəcəyini deyib:

 

“Bundan sonrakı proseslərdə Azərbaycan özü Ermənistanla birbaşa dialoqda olacaq. Bundan başqa Türkiyə də bu proseslərdə vacib rol oynayacaq. Türkiyə-Rusiya dialoqu,Türkiyə-Azərbaycan-Ermənistan, Azərbaycan-Ermənistan-Avropa İttifaqı və Azərbaycan-Rusiya-Ermənistan formatları problemli məsələlərin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir. Əgər kimsə bu və yaxud digər şəkildə proseslərə müsbət təsir etmək istəyirsə, ona da qapılar açıqdır. Müsbət təsir isə Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələlərin həlli, nəqliyyat sisteminin açılması, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan ibarətdir”.

 

Əzizə Zeynal 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...