İlham Əliyev Vaşinqtona dəvət edildi

İlham Əliyev Vaşinqtona dəvət edildi
Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub.
 
Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter səhifəsində yazıb.
 
N.Məmmədov qeyd edib ki, bu dəvəti ABŞ prezidenti Barak Obama Prezident İlham Əliyevə yazdığı məktubda edib.
 
Xatırladaq ki, sammit yazda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR