Yunanıstan yenə Avropaya arxalanaraq ərköyünlük edir

Yunanıstan yenə Avropaya arxalanaraq ərköyünlük edir

Son günlər Yunanıstanla Türkiyə arasında yaşanan gərginlik artmaqdadır. Bu da azmış kimi, Afina Aralıq dənizinin şərqində NAVTEX elan edib. NAVTEX Rodos, Kerpe və Meis adaları ətrafını əhatə edir. Yunanıstan mətbuatının məlumatına görə, NAVTEX Türkiyənin bölgədəki mümkün araşdırmalarına mane olmaqdır. Yunanıstanın bölgədə təlimlərə başlayacağı bildirilib. Rəsmi Ankara isə Yunanıstanı ardıcıl xəbərdarlıq edir, gərginliyi artırmaqdan çəkindirməyə səsləyir. 

 

Maraqlıdır, baş verən gərginlik müharibə həddinə qədər yüksələ bilərmi?

 

Xatırladaq ki, hər iki ölkə NATO üzvüdür və alyans daxilində ehtimal edilən müharibə hərbi bloku gücdən salacağı kimi “hamımız birimiz, birimiz hamımız üçün” prinsipini də iflasa uğrada bilər. Yəni faktiki olaraq alyans daxilində qütpləşmə yaşana bilər. 

 

Digər tərəfdən isə mövcud Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda belə bir müharibənin olması indandırıcı deyil. 

 

Yunanıstan və Türkiyə arasında hərbi, iqtisadi və siyasi güc balansına baxdıqda rəsmi Afinanın açıqca Ankaradan geridə qaldığını görmək mümkündür. Türk ordusu hazırda istər NATO-nun, istərsə də dünyanın ən qüdrətli ordularından hesab olunur. Türkiyə ordusu eyni zamanda xalqı uzun illər davam edəcək bir müharibəyə hazır olsa da, rəsmi Afina buna hazır deyil. 

 

Bununla belə rəsmi Afinanın inki məqamda Ankaranın səbri ilə oynaması da səbəbsiz deyil. Hesab edirəm, Yunanıstan Rusiya-Ukrayna müharibəsində Qərbin Ukraynaya verdiyi yardımları görür və Qərbin köməyi ilə Egeydə qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır. Lakin bu boş və mənasız yanaşmadır. 

 

Məsələ ondadır ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək açıq şəkildə beynəlxalq hüququ pozur. Qərb də məhz buna görə Ukraynaya Rusiya qarşısında müqavimət göstərmək üçün yardım edir. Lakin ehtimal Yunanıstan-Türkiyə müharibəsində Qərbin Ukraynada olduğu kimi, Afinaya yardım etməsi real deyil. Əvvəla ona görə ki, hər iki ölkə NATO ölkəsidir və NATO iki üzvü arasında seçim edə bilməz. Digər tərəfdən Türkiyə Yunanıstana qarşı bu və ya başqa formada hüquq pozmayıb. Əksinə Yunanıstan tərəfi dəfələrlə Türkiyənin dəniz və hava sərhədlərini pozaraq onu münasibətləri gərginləşdirməyə təhrik edir.  

 

Nəticə etibarilə Avropanın ərköyün uşağı olan Yunanıstan yenə Avropaya arxalanaraq ərköyünlük edir. Türkiyə isə Afinanın bu və ya başqa formada nazı ilə oynayacaq deyil. Hesab edirəm tərəflər arasında konkret bir müharibə olmasa da Ankara “Kardak” böhranında olduğu kimi, Afinaya qərarlı mövqeyini nümayiş etdirəcək.

 

Turan Rzayev 


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...