Qarabağ separatçısı Fransada - Paris bu dəfə də gözünü yumdu

Qarabağ separatçısı Fransada - Paris bu dəfə də gözünü yumdu

Xankəndidəki separatçı rejimin "parlament sədri" Artur Tovmasyan Fransaya gedib.

 

Sfera.az Teleqraf.com-a istinadən bildirir ki, Tovmasyan Parisdə separatçıların Fransanın paytaxtındakı "daimi nümayəndə"si Avanes Qorqyanla görüşüb.

 

Görüşdə 44 günlük müharibə zamanı Fransa hökumətinin separatçılara yardımını və bunun davam etdirilməsini müzakirə ediblər.

 

Separatçı Fransanın siyasi dairələrinin və bu ölkədəki erməni icmasının nümayəndələri ilə də görüşəcək.

 

Tovmasyan bu yaxınlarda Livan və Cənubi Kiprdə də olub.

 

Qeyd: bu, erməni separatçılarının Fransaya ilk belə səfərləri deyil. Bundan əvvəl də Fransaya üz tutan separatçılar orada fransız siyasətçiləri tərəfindən ən yüksək şəkildə qəbul edilib. Ermənilərin Azərbaycan ərazilərindəki separatçı və terrorçu fəaliyyətlərinə həmişə göz yuman Fransanın bu dəfəki səfəri də sükut içində qarşılaması təəccüb yaratmır.


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...