"İyunun 10-dan başlamışıq və..." - Ərdoğan dünyaya elan etdi
Kateqoriya məlum deyil
Rəcəb Tayyib Ərdoğan Türkiyə sahillərində Qara dənizin dibində qaz kəmərinin çəkilişinə başlandığını elan edib.
Sfera.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, 170 kilometrlik hissədə boruların döşənməsinə iyunun 10-da başlanılıb. Kəmərin dərinliyi 2 km-dir.
İşlərin 5 aya başa çatdırılması nəzərdə tutulur.
"Sakarya" yatağından təbii qaz istehlakçılara 2023-cü ilin əvvəlində çatdırılacaq.






