Logo

Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi LƏĞV ETDİ

Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi LƏĞV ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.

Sfera.az TASS-a istinadən xəbər verir ki, imzalanan sənədə əsasən, Rusiya 2023-cü il yanvarın 1-dən etibarən MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı üzrə sazişdən imtina edə bilər.

Sənəddə həmçinin qeyd edilir ki, təqaüd hüquqlarına dair müqavilə köhnəlib və Rusiya MDB-dəki tərəfdaşları ilə pensiya ilə bağlı yeni ikitərəfli müqavilələrin və sazişlərin bağlanması üzərində işləyir.

Məlumat üçün qeyd edək ki, saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb.

Sazişə əsasən, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınırdı.

Bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR