Logo

“Azərbaycanla Ermənistan arasında bu məsələ razılaşdırılıb" - Lavrov

“Azərbaycanla Ermənistan arasında bu məsələ razılaşdırılıb" - Lavrov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupu Azərbaycan və Ermənistan arasında avtomobil marşrutunun əlaqələndirilməsini yekunlaşdırır”.

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Lavrovun bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iyunda baş tutan görüşünü müsbət qiymətləndirmək olar.

Rusiyalı nazirin sözlərinə görə, onlar ritmik işləyirlər və hələ həllini tapmayan məsələləri həll etməyə hazırlaşıblar:

“Bildiyiniz kimi, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda yol marşrutu və qurulacaq rejimlə bağlı razılaşma yekunlaşmaq üzrədir. Rejim sadələşdiriləcək, lakin o, mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq. Burada heç bir qeyri-müəyyənlik ola bilməz".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR