Azərbaycan Xankəndidə yaşayan Arutyunyanı niyə tutmur? – Komitə sədrindən AÇIQLAMA

Azərbaycan Xankəndidə yaşayan Arutyunyanı niyə tutmur? – Komitə sədrindən AÇIQLAMA

2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı beynəlxalq axtarışa vermişdi.

 

Bundan əvvəl isə, 2020-ci il oktyabrın əvvəllərində Azərbaycan Arutyunyan barəsində cinayət işi açmışdı.

 

2022-ci ilin fevralında Azərbaycan Baş Prokurorluğu Arutyunyanın qısa müddətdə istintaqa təhvil veriləcəyini bildirsə də, bu, reallaşmamış qalır.

 

Arayik Arutyunyan hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində - Xankəndidə - yaşayır və separatçılıq fəaliyyətini davam etdirir.

 

Sfera.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Oxu.Az-a açıqlamasında Arutyunyanın tutulmamasının səbəbləri barədə danışıb.

 

Millət vəkili hesab edir ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarət zonasında olan ərazilərdə tamhüquqlu suverenliyini bərpa etdikdən sonra hədəflərinə tam çatacaq.

 

“Bu, reallıqdır ki, Xankəndidə, Xocalıda məhdud sayda erməni millətinə mənsub olanlar yaşayırlar. Onların bir hissəsi 2020-ci ilin sentyabrın 27-nə qədər xam xəyallara qapılmış, həmin dövrə qədər özləri üçün “idarəetmə üsulu” yaratmışdılar”, - deyə Zahid Oruc münaqişə dövrünə ekskurs edib.

 

Deputat bildirib ki, separatçılar 30 ildə dünyada tanına bilmədilər, Ermənistan özü də həmin tanınmadan imtina etdi.

 

“İndi Azərbaycan Ermənistanı məğlub edib, Cənubi Qafqazda yeni reallıq yaradıb. Belə olan şəraitdə, yəni onlar məğlubiyyət dövründə özlərini beynəlxalq aləmə siyasi subyekt kimi necə tanıda biləcəklər?! 

 

Azərbaycan Arayik Arutyunyanı axtarışa versə də, biz bir məsələdə - onlara üsyan qaldırmış, Azərbaycanın konstitusion quruluşuna və suverenliyinə zidd hərəkətlərə yol vermiş insanlar kimi baxanda bəsit yanaşmış oluruq”, - deyə deputat əlavə edib.

 

İnsan hüquqları komitəsinin sədri Türkiyə təcrübəsi ilə müqayisə aparıb.

 

“Türkiyədə PKK problemi qalır, Ankara milyardlarla vəsait yönəldir ki, PKK terrorçularını cəzalandırsın. Amma PKK-çı kürdlər belə, Türkiyə dövlətinin onlara verdiyi vətəndaşlıq hüququndan bəhrələnirlər, hətta onlar parlamentdə də özlərinə yer qazana biliblər.

 

Biz həmin insanların Türkiyə cəmiyyətinə inteqrasiyasını görürük. Bununla bərabər, separatizm müstəvisində problemlər qalır. Bu paraleldən istifadə edərək demək istəyirəm ki, Azərbaycanın qələbəsinə kölgə salmaq istəyənlərin mövqeyini, hiddətini, yanaşmasını qəbul etmirəm”.

 

Zahid Orucun fikrincə, Arayik Arutyunyanın həbsi zaman məsələsidir.

 

“Azərbaycan, onsuz da, əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar. Onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil. Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır.

 

Rəsmi İrəvan özü də Arayikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də “Dağlıq Qarabağ Respublikası” sözü çıxmır”, - deyə Zahid Oruc söyləyib.


OXŞAR XƏBƏRLƏR

Tibbdə misligörünməmiş hadisə: Ürəyi 19 saat dayandıqdan sonra...

Keçən ay ürəyi 19 saat dayanan 4 yaşlı uşağın ailəsi onunla son dəfə vidalaşmaq üçün Kolorado Uşaq Xəstəxanasına toplaşıb. Ancaq misligörünməmiş möcüzə baş veri...

Nigar Camal aldığı ən bahalı hədiyyəni AÇIQLADI - VİDEO

Müğənni Nigar Camal aldığı ən bahalı hədiyyədən danışıb.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Günaylı gün” ver...

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...