ABŞ Dövlət Departamentindən Bakı-İrəvan münasibətləri ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
“İrəvan və Bakının münasibətlərin normallaşmasına doğru irəliləmək üçün real imkanları var. ABŞ tərəflərin yaxınlaşma istiqamətində atdığı addımları yüksək qiymətləndirir”.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Azərbaycan və Ermənistanın hazırda münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var.
Donfirdin sözlərinə görə, hər iki ölkə bu istiqamətdə vacib addımlar atıb.






