Gürcüstan Ermənistana yeni yol açır? - Silah daşısalar...

Gürcüstan Ermənistana yeni yol açır? - Silah daşısalar...

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib ki, Qara dənizdəki Ermənistan bərəsi vaxtında işə düşəcək və yüklərin Rusiyaya, eləcə də əks istiqamətdə daşınmasını sürətləndirəcək.  


“Bu yaxınlarda hökumət üzvləri logistika şirkətləri ilə işləmək qaydası ilə bağlı razılığa gəliblər. Yeganə sual onun Gürcüstan limanlarında yerləşdirilməsi üçün icazə almaqdır. Yaxın vaxtlarda gürcü həmkarlarımızla məsələlər öz həllini tapacaq”, - deyə nazir bildirib.


Maraqlıdır, Gürcüstan  ermənilərə öz quru ərazisi və suları vasitəsilə yük daşımağa icazə verəcəkmi? Axı Ermənistan  həmin bərə ilə Rusiyadan silah da daşıya bilər...
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  Ermənistanın Qara dənizdən logistika vasitəsi kimi istifadə etməsi onun bu sahədə problemlərini aradan qaldırmaq məqsədi güdür:


“Bildiyimiz kimi, təkcə Gürcüstanla qurudan açıq tranzit xəttinə malik olması bu sahədə tələbləri ödəmir. Üstəlik dağ aşırımlarından keçən bu yol qışda qar uçqunları səbəbindən uzun müddət bağlı qalır. Bu səbəbdən logistika üçün əlavə imkanların tapılması istiqamətində İrəvanın təşəbbüsləri təbiidir. Quru və su yollarının Ermənistana açılmasına gəlincə, düşünürəm ki, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Gürcüstan hökuməti buna ciddi etiraz etməyəcək. Əgər istəsəydi, Gürcüstan buna çoxdan mane olardı”.


Müsahibimiz bildirib ki, Ermənistanın tranzit yollarının diversifikasiyasında Avropa İttifaqı ciddi maraqlıdır:


“Qara dənizdə Ermənistan bərə xəttinin işə düşməsi Qara dəniz sahilində yerləşən Şərqi Avropa ölkələri ilə də əlaqələrin qurulmasını nəzərdə tutur. Bu baxımda Avropa İttifaqı da Gürcüstana müəyyən təzyiqlər göstərə bilər. Amma Rusiyanın Gürcüstan və Errmənistanın bu təşəbbüsünə nə reaksiya verəcəyi məlum deyil. Çünki bərə nəqliyyatının fəaliyyətə başlaması Ermənistanın Rusiyadan asılılığının zəifləməsi ilə nəticələnə bilər. Bərə vasitəsi ilə Rusiyadan silah və hərbi sursat daşınmasına gəlincə, bu, istisna olunmur. Amma Gürcüstan hökuməti bu məsələdə bir qədər ehtiyatlı olmalıdır. Əks halda Azərbaycan və Rusiya ilə münasibətlərin korlanması ilə qarşılaşa bilər”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...