Ceyhun Bayramov sabah Türkiyəyə gedir
Kateqoriya məlum deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvətilə sabah qardaş ölkəyə səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Bildirilib ki, C.Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edəcək. Bundan əlavə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.






