Logo

Putin ABŞ-ın Ukraynaya raket sistemləri verməsindən DANIŞDI - "Gördüklərimiz, eşitdiklərimiz..."

Putin ABŞ-ın Ukraynaya raket sistemləri verməsindən DANIŞDI - "Gördüklərimiz, eşitdiklərimiz..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya HIMARS raket sistemləri vermək qərarı qüvvələr balansında heç nəyi kökündən dəyişməyəcək.

Sfera.az-ın məlumatına görə, o bu barədə “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.

Onun fikrincə, söhbət sadəcə olaraq döyüş əməliyyatları zamanı itirilmiş silah ehtiyatlarının doldurulmasından gedir.

Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır: “Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq düz 45-70 km uçan raketlərdir. Bax, eyni şey “Qradlar”, “Qasırğalar”, “Tornadolar”da da mövcuddur. Onların da 40-70 km uçuş məsafəsi var. Yeni heç nə yoxdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR