Logo

Rusiya-Ukrayna savaşı ilə bağlı 5 YENİ SSENARİ: “Təxminən 3 ay sonra...”

Rusiya-Ukrayna savaşı ilə bağlı 5 YENİ SSENARİ: “Təxminən 3 ay sonra...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya-Ukrayna müharibəsinin sonrakı 100 günü üçün 5 yeni ssenari yayılıb.

Sfera.az bildirir ki, bu barədə danışanlardan biri Ukrayna Baş Qərargahının keçmiş sözçüsü, polkovnik Vladislav Seleznev olub. O,  iyunun sonunda ruslar tərəfindən 5 mümkün yeni ssenarinin reallaşa biləcəyini bildirib.

“Rusiya separatçı Luqansk birləşməsinin Donbas bölgəsindəki torpaqlarının 95 faizini işğal edib və onların müstəqilliyini tanıyıb. Severodonetsk şəhərinin süqutu ilə ikinci separatçı bölgə Donetsk istiqamətində ikinci cəbhə qapısı açılır. Buraya on minlərlə əsgər toplayan Rusiya Donbası müdafiə edən Ukrayna qoşunlarını mühasirəyə almağa çalışır. Açılacaq yeni Donetsk cəbhəsində müvafiq olaraq Slavyansk və Krematorsk şəhərləri hədəfə alınacaq. Beləliklə, 2015-ci ildə Donetskdə yaradılmış müdafiə xətti arxadan vurulacaq. Belə olan halda bizim qüvvələrimiz təəssüf ki, Ukraynaya, Zaporojye bölgəsi istiqamətində geri çəkilməli ola bilər”, - deyə polkovnik ilk sseraniri açılayıb.

Rusların Ukraynanın şərqindən sonra cənuba doğru hərəkət edəcəyini bildirən Seleznevin ikinci ssenarisi isə belədir:

“Ruslar Xerson və Zaporojye bölgələrində işlərini tamamlamadıqlarını düşünürlər. Donbasın işğalından sonra bu iki rayonu tamamilə ələ keçirmək istəyəcəklər. Bundan əlavə, onlar Odessa yolunda Mikolayev liman şəhərini tutmağa çalışacaqlar. Sonra onlar kifayət qədər ehtiyat əsgər toplayıb qurudan və dənizdən Odessanı işğal etməyə cəhd edə bilərlər. Odessa yıxılacağı təqdirdə Moldovada rusiyapərəst separatçı Dnestryanıya qədər uzanaraq Ukraynanı dənizdən tamamilə kəsməyi hədəfləyirlər”.

Ukraynalı hərbi ekspert Sergey Qrabski rusların Donbasdan sonra yenidən Xarkov şəhərini ələ keçirməyə çalışacaqlarını düşünür. Onun sözlərinə görə, Putin Xarkovu Rusiya şəhəri hesab edir:

“Xarkov Rusiya sərhədinə çox yaxındır. Ukrayna ordusu son həftələrdə rus qoşunlarını sərhədə doğru sıxışdırsa da, bu, müvəqqəti xarakter daşıyır. Donbas əməliyyatı başa çatdıqdan sonra, düşünürəm ki, fevralın 24-də olduğu kimi, yenə də bura yollanacaqlar. Onların sənaye mərkəzi Xarkovdan yan keçmələri mümkün deyil”.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, Rusiya Donbasdan sonra Ukraynanın ortasında yerləşən Dnepr şəhəri istiqamətində yeni addım atacaq: “Rusiya ordusu artıq Donbas sərhədində dayana bilməz, ordularımız Dnepr şəhəri istiqamətində irəliləyəcək. Dneprdən sonra hədəf Xarkov, Kiyev və Odessa olmalıdır”.

Ən təhlükəli ssenarini isə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik irəli sürüb. Rusiyanın bütün Ukraynanı ələ keçirmək fikrindən əl çəkmədiyini ifadə edən Motuzyanik, “Putin bütün Ukraynanı ələ keçirmək fikrindən əl çəkməyib. O, Donbasdan sonrakı müharibənin əvvəlində edə bilmədiyini edəcək və  paytaxt Kiyevi geri almağa çalışacaq. Bu dəfə ona sadiq olan Belarus lideri Aleksandr Lukaşenkonu müharibəyə qoşulmağa razı salmaqla üstümüzə yeriməyə çalışacaqlar. Onları uzun bir mühasirə ilə bizim təslim olmağımızı istəyəcəklər”, - deyə bildirib.

Siyasi müşahidəçilər, hərbi ekspertlərdən fərqli olaraq, beşinci ssenariyə diqqət yetiriblər. Buna uyğun olaraq, ölkənin şərq və cənub cəbhələrində Ukrayna ordusuna ciddi itkilər verməyi hədəfləyən ruslar təxminən üç ay sonra Kiyev administrasiyasını “torpaq müqabilində sülh” formulu ilə masaya oturtmağı planlaşdırır. Qeyd olunub ki, Krım və Donbas bölgələrinin Rusiyaya rəsmi təhvil verilməsi ilə müharibə bitə bilər.

Günay Rəsulqızı
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR