“Rusiya hədəfinə çox yaxındır, müharibə bununla da yekunlaşacaq\"

“Rusiya hədəfinə çox yaxındır, müharibə bununla da yekunlaşacaq\

“Rusiya hədəfinə çox yaxındır, son xəbərlər də buna işarə edir”.


Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Məmmədli deyib. Ekspert Rusiyanın artıq mühüm əhəmiyyət daşıyan şəhərləri ələ keçirdiyini bildirib:


“Belə görünür ki, Rusiya növbəti məqsədinə çatmağa çox yaxındır. Çünki ölkədən gələn ardıcıl bəyanatlar Rusiya qoşunlarının çox sürətlə irəlilədiyini və hədəflərinə addım-addım yaxınlaşdığını göstərir.


Belə iddia olunur ki, Rusiya Luqanskın 90 faizindən çoxuna nəzarət edir və qarşıdakı 2 həftə ərzində bütün bölgəni öz nəzarəti altına alacaq. Bölgədəki təşəbbüs Rusiya əsgərlərinin əlindədir. Luqansk vilayətinin qubernatoru da Ukrayna qüvvələrinin şəhərdə ağır itki verdikdən sonra geri çəkildiyini, şəhərin təxminən 80 faizinin Rusiya qüvvələrinin nəzarətində olduğunu bildirib. Ukrayna Prezidenti Zelenski də bəyan edib ki, Rusiya ordusu hazırda Ukrayna ərazisinin 20 faizinə nəzarət edir”.

 

Politoloq Rusiyanın Luqanskı bütünlüklə ələ keçirməsinin yaxın olduğunu sözlərinə əlavə edib:


“Əgər Rusiya Severodonetsk və Lisiçanski ələ keçirsə, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaq. Ukraynaya hərbi dəstək göstərilsə də bu, müvəqqəti müdafiəni təmin etmiş olacaq. Hər iki tərəfin itkiləri böyükdür, danışıqlara getmək mütləqdir və liderlər bunu əla anlayır. Vasitəçi tərəfin iştirakı ilə ölkə başçıları səviyyəsində danışıqlar həyata keçirilməlidir. Bu danışıqlar Türkiyə, yaxud rəsmi Bakının təşəbbüsü ilə də baş tuta bilər, digər neytral mövqe tutan ölkənin təşəbbüsü ilə də ola bilər ”.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.   Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-lər...

Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında S...