Seperatçı nazirin son açıqlamasındakı GİZLİ MESAJLAR: Rəsmi Moskva nə istəyir?

Seperatçı nazirin son açıqlamasındakı GİZLİ MESAJLAR: Rəsmi Moskva nə istəyir?

“Separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsinin Moskvanın tapşırığı olduğu bəllidir”.


Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qondarma rejimin seperatçı “dövlət naziri” Artak Beqlaryanın “Ria Novosti”yə verdiyi müsahibədən danışarkən deyib. O qeyd edib ki, “Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır və Avropa İttifaqı “münaqişənin” həllində iştirak etməməlidir”  kimi Beqlaryanın irəli sürdüyü fikirlər Rusiyaya məxsusdur:


“Rəsmi Moskva demək istədiklərini onların dili ilə səsləndirir. Məqsəd “Qarabağdakı etnik erməniləri” prosesdə de-fakto tərəf kimi legitimləşdirmək və Bakı-İrəvan danışıqlarına təsir rıçaqlarını genişləndirməkdir. Separatçılara “tərəf kimi” meydan verən Moskva birincisi, “Rusiya sülhməramlılarının bölgədə qeyri-müəyyən müddətdə qalmasını ermənilər istəyir” mesajını verir. İkincisi, Brüsselə “hüquqlarını qorumaq istədiyiniz etnik ermənilər Avropa İttifaqını yox, Rusiyanı istəyir” mesajı ötürülür. Burada Rusiyanın əsas hədəf ünvanı Brüsselin prosesdə aktivliyində və “ikitərəfli format”ın önə çıxmasında həlledici tərəf olan Azərbaycandır”.


Ekspert əlavə edib ki, Moskva Cənubi Qafqazda 44 günlük müharibədən sonra Ukraynaya hücumdan əvvəl mövcud olan vəziyyəti qaytarmaq üçün Bakıya “separatçıların legitimləşdirilməsi” təzyiqini edir:


“Bunun Əliyev-Putin danışığından sonra olması da xüsusi diqqət çəkir. İstisna deyil ki, Bakı Moskvadan üçtərəfli razılaşmaların sürətli icrasının sözdən əmələ keçməsinin vaxtının çatdığını, əks təqdirdə alternativin olduğunu izah edib. Moskva isə cavabı rəsmi informasiya resursunda separatçıları legitimləşdirmək mesajı ilə verir”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.   Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-lər...

Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında S...

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri ...