Logo

Bu istiqamətdə Bakı ilə məsləhətləşmələr aparılır

Bu istiqamətdə Bakı ilə məsləhətləşmələr aparılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan regionda sülh və sabitliyin təmin olunması üçün irəli sürdüyü “Dinc Qonşuluq” təşəbbüsü ilə bağlı Azərbaycan və Ermənistanla məsləhətləşmələr aparır.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin hökumət proqramının yerinə yetirilməsinə dair parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Qeyd edilib ki, konsultasiyalar təşəbbüs çərçivəsində konkret əməkdaşlıq istiqamətləri üzrə həyata keçirilir.

Sənəddə həmçinin vurğulanıb ki, Gürcüstan “3+3” regional platforması ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edib: “Rusiyanın Gürcüstan ərazilərinin 20 %-ni işğal altında saxladığı, 2008-ci ildə imzalanan atəşkəs haqqında sazişin öhdəliklərinə etinasızlığı və işğalda olan ərazilərdə insan haqlarının kobud pozulması şəraitində Rusiya ilə bu cür fortmatda əməkdaşlıq qəbuledilməzdir”.

Qeyd edək ki, hökumət başçısı 154 səhifədən ibarət sənədlə bağlı iyun ayının sonunadək qanunverici orqanda məruzə ilə çıxış edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR