"Moskva ilə Vaşinqton arasında birbaşa toqquşma riski artır” - Rusiya XİN
Kateqoriya məlum deyil
"ABŞ-ın irəli sürdüyü arqumentlərdən asılı olmayaraq, Ukraynaya istənilən silah tədarükü Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini artırır".
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Rusiyanın XİN rəsmisi qeyd edib ki, ABŞ uzun illər Ukrayna münaqişəsinin həllinə cəhd göstərməyib:
“Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra isə vəziyyətə məsuliyyətli, sağlam yanaşmanın qalıqları sadəcə olaraq aradan qaldırıldı. İndi Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün hər şeyi etməyə çalışır”.






