“Ermənistanla savaş hələ bitməyib” - Paşinyan çalışacaq ki...

“Ermənistanla savaş hələ bitməyib” - Paşinyan çalışacaq ki...

“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın işində rəsmi İrəvanın imitasiya etməsi mümkündür”.


Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu komissiyanın yaradılması heç də sülhün əldə edilməsi və ikitərəfli sərhədlərin tam tanınması ilə nəticələnməyəcək:


“Ermənistan Baş naziri Nikol Paşinyan çalışacaq ki, komissiyanın işini,  anklavlarla bağlı məsələni uzatsın. Onların qaytarılmasını heç qəbul etməyə də bilər. Həmçinin ola bilər ki, Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması təmin edilməsin. Ermənistan tərəfi razılaşmalara əməl etməsə, silahlı erməni birləşmələri çıxarılmasa, hansı addımın atılacağı ilə bağlı Avropa İttifaqı hələki münasibət bildirmir. Fikrimcə, Azərbaycan güc tətbiq etməkdən çəkinməməlidir”.


Müsahibimiz bildirib ki, Ermənistanın şərtlərini qəbul etmək olmaz:


“Ümumiyyətlə, Azərbaycanın şərtləri beynəlxalq qanunlara əsaslanır və Ermənistanın dövlət maraqlarına zidd deyil. Amma Ermənistanın məğlub tərəf kimi şərtləri beynəlxalq qanunlara ziddir. Ona görə də onunla sülhə tələsmək lazım deyil və bu ölkə ilə problemlər qabaqdadır. Diplomatik müstəvidə savaş davam edəcək. Bunun sərhədə gəlməməsi üçün Ermənistan siyasi iradə ortaya qoymalıdır”.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR