İcra hakimiyyətində YENİ TƏYİNAT

İcra hakimiyyətində YENİ TƏYİNAT

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.

 

İcra Hakimiyyətindən verilən məlumata görə, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakültəsində təhsil alıb, yeni təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aparatında, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.


OXŞAR XƏBƏRLƏR