Logo

Rusiya yalnız bu halda müharibəni BİTİRƏCƏK: “Əgər yaxın 2 ay ərzində...”

Rusiya yalnız bu halda müharibəni BİTİRƏCƏK: “Əgər yaxın 2 ay ərzində...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var: Müharibə başlayandan bəri ən çox yayılan tezislərdən biri o idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa qalxıb Putin rejimini devirəcək. Çox yanlış analiz və gözləntidir”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O qeyd edib ki,  Rusiya yaranandan bəri bütün hakimiyyətləri insan həyatını heçə sayıblar və onlar üçün əsgər-zabit ölümləri faciə deyil, ancaq statistikadır:

“İqtisadiyyata gəldikdə isə orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma imperiyamızı quraq. Yəni, bu gün müharibəni başlayan, aparan “kollektiv” Putindir, o rus cəmiyyətinin, orta statistik rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.  Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, hər gün Arestoviç milli “valeriyanka”, ölkədaxili sakitləşdirici “həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu-olacağını söyləyir.  Amma 2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynanın 7% torpağını işğal etmişdi – bura Krım və iki qondarma “respublikanın” əlində olan ərazilər daxil idi. Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 km2 idi (Azərbaycanın yarısı qədər). Bu günə, müharibədən 3 ay keçəndən sonra Rusiyanın işğal etdiyi ərazinin həcmi 125.570 km2-dir. Rusiya Ukrayna ərazisinin 20,8%-ni işğal edib – bu ərazi Macarıstanın, Bolqarıstanın ərazisindən böyükdür”.

N.Cəfərli bildirib ki,  Qərb hələ də Rusiyanın Ukraynada 30, 40, 50, 100 min itki verəcəyi halda, müharibənin dayana biləcəyini düşünür:

“Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub çıxarılması ola bilər. Məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaparojye viyalətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq. Çünki əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsini” rifahda, azad yaşamaqda deyil də, torpaq almaqda görür”.

Günay Rəsulqızı
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR