"O zaman ermənilərlə birgəyaşayış da təmin oluna bilər" - Deputatdan açıqlama

Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan görüşlər, Zəngəzur dəhlizinin açılması ilə bağlı  xəbərlər sülh müqaviləsi ilə bağlı ümidləri artırır.
Bu isə öz növbəsində uzun illərdir ki, düşmən kimi yaşayan Azərbaycan və Ermənistan xalqı arasında qarşılıqlı, sabit münasibətlərin qurula biləcəyi ilə bağlı suallar doğurur.


Mövcud məsələ ilə bağlı Sfera.az-a danışan millət vəkili Arzu Nağıyev sülh içərisində yaşamağın yaxın zamanlarda reallaşmayacağını deyib. Deputat sabitliyin mümkünsüz olmadığını da diqqətə çatdırıb:


“Tarix göstərir ki, sülh prosesi bir-iki günə, yaxud bir aya baş verməyəcək. Bunu üçün  uzun zaman lazımdır. Əgər xalq diplomatiyası işləyərsə, maarifləndirmə yetərli səviyyədə olsa, o zaman birgəyaşayış da təmin oluna bilər. Onu da bildirməliyəm ki, müharibədə həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi itki verib. Bu yara mütləq sağalmalıdır. Bu yara sağalmamış demək olmaz ki, biz dinc quruculuq işində birgə çıxış edə bilərik, sabitlik bərqərar ola bilər. Hələ bir müddət keçməlidir. Bu müddət ərzində ermənilərin revanşist ideyaları, ərazi iddiaları olmasa, birgəyaşayış məsələsinə də qayıtmaq olar”.


Deputat yekun sülh müqaviləsi ilə bağlı məsələyə də aydınlıq gətirib:


“Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra sülh müqaviləsindən də danışmaq olar. Zənninmcə, bu da qarşıdakı yaxın zaman ərzində reallaşa bilər. Əgər sülh olarsa, tərəflər arasında münaqişə yaşanmazsa, o zaman sülhməramlıların da Azərbaycanda olmasına ehtiya qalmayacaq”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...

Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...

"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olundu

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo” klubunda çı...