Logo

Müharibədə kritik mərhələyə keçid edilir - Gələn ay nələr baş verəcək?

Müharibədə kritik mərhələyə keçid edilir - Gələn ay nələr baş verəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ukraynanın gələn ay əks-hücuma keçməsi ilə Xerson və Mariupolun işğaldan azad olunması mümkündür”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, bundan sonra növbəti dəfə Moskva-İstanbul danışıqlarının keçirilməsi və atəşkəs müqaviləsinin bağlanması istiqamətində addımlar atıla bilər:

“Moskva növbəti aylarda Donbassda  və qondarma separatçı rejimləri saxlamaq  üçün danışıqlarda maraqlı olacaq. Qərb Kiyevə ona görə bütün parametrlərlə dəstək verir ki, Rusiya qoşunlarını tamamilə ilə Ukrayna ərazisindən çıxarsın. Rusiyanın cənub-şərqi Ukryana ərazilərindən qovulması qaçılmazdır. Nəticədə NATO  və ABŞ Qara dəniz hövzəsində, Ukryana ərazisində hərbi bazalar qura bilər. Bununla Rusiyanın Ukrayna siyasəti tam fiaskoya uğrayacaq”.

Politoloq bildirib ki,  Ukrayna məsələsi bitdikdən sonra Gürcüstanın separatçı bölgələrinin Tiflis tərəfindən nəzarətə alınması gündəmə gələcək:

“Bunun üçün Tiflisdə hakimiyyət dəyişdirilməlidir və bundan sonra Suxumi, Sxinvaliyə hücumlar təşkil ediləcək. Qeyd edim ki, separatçı Cənubi Osetiya rejimi ona görə Rusiya birləşmək üçün saxta referenduma gedir. Qərb Rusiyanın yaratdığı separatçı rejimlərin ləğvini həyata keçirəcək. Moldovada Rusiya yönümlü Dnestryanı rejim də çökəcək”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR