Logo

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.
 
Sfera.az-ın xəbərinə görə, o, həmçinin Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR