Logo

Prezidentdən qərar: Şərqi Zəngəzurda mis axtarılacaq

Prezidentdən qərar: Şərqi Zəngəzurda mis axtarılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 202-2024-cü illərdə AMEA ilə birlikdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.

Eyni zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə "AzerGold QSC” tərəfindən geoloji-axtarış işləri aparılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR