Logo

"ATƏT sülh müqaviləsinin detallarının hazırlanmasında iştirak edə bilər" - Politoloq

"ATƏT sülh müqaviləsinin detallarının hazırlanmasında iştirak edə bilər" - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bir müddət öncə Rusiya Xarici işləri naziri Lavrov açıqlamasında bildirmişdi ki, artıq ATƏT-in Minsk qrupunun fəaliyyəti mümkün deyil. Yəni Ukrayna məsələsinə görə əlaqələr qopub”.

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib. Müsahibimiz bildirib ki, qeyd edilənlə yanaşı, artıq Qarabağ məsələsində format da dəyişib:

"Qarabağ məsələsində əsas iştirakçı tərəflər indiki halda Türkiyə, Rusiya və Avropa Birliyidir. Digər tərəflərin isə, o qədər də aktivliyi hiss olunmur. İndiki halda sülh məsələsində tərəfləri bir araya gətirən hələ ki Avropa Birliyidir. Ona görə də düşünürəm ki, artıq ATƏT-in de-yure fəaliyyəti olsa da, de-fakto fəaliyyəti yoxdur”.

Politoloq əlavə edib ki, ATƏT bundan sonra ancaq imzalanacaq sülh müqaviləsinin detallarının hazırlanmasında iştirak edə bilər:

"Eyni zamanda həmin o detalların hazırlanması zamanı lazım olan proseslərin təşkilində yer ala bilər. Bu nədir? İctimai diplomatiyanın təşkili, tərəflər arasında hansı görüşlərin keçirilməsi və s. Bu zaman da ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərin nümayəndələri bunu təşkil edəcək və ayrı-ayrılıqda. Çünki Rusiya ilə əlaqə yoxdur. Ola bilsin, Fransa ilə ABŞ birləşib nəsə fikirləşərlər, amma Rusiya burada olmayacaq. Bu cür formatların olması mümkündür. Lakin ATƏT-in bundan sonrakı hüquqi proseduru icra etməsi mümkünsüzdür və bundan sonra da olmayacaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR