Logo

Deputat: “Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi…”

Deputat: “Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hərb tarixinə Aprel döyüşləri kimi düşən savaşın nəticələri böyük hərbi və siyasi məzmuna malikdir. Aprel döyüşləri ərazilərimizin azad edilməsi ilə nəticələnən Azərbaycanın parlaq qələbəsinin müjdəçisi olmuşdu. İşğal olunmuş ərazilərdə qurulmuş və alınmaz qala iddia edilən ermənilərin müdafiə sisteminə ilk dəfə məhz Aprel döyüşlərində sarsıdıcı zərbə vurulmuş və bununla da Azərbaycan Ordusunun qarşısında dayanmış strateji vəzifələri yerinə yetirməyə qadir olduğu təsdiqlənmişdi”.

Sfera.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı: "Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olmuş, 26 nəfər isə ağır yaralanmışdı. Bundan başqa, hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən, mülki infrastrukturlara ciddi ziyan dəymişdi. Düşmənin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu hərəkətə keçməyə məcbur olmuşdu. Əks-hücum nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad edilmişdi.  Ümumilikdə, Aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilmiş və bununla da böyük qələbənin təməli qoyulmuşdu”.

M.Cəfərovun sözlərinə görə, Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı: "44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu erməni işğalçılarını darmadağın edərək, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bütüvlüyünü bərpa etdi. 2020-ci il qələbəsinin əsası məhz 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. 2016-cı ilin Aprel döyüşləri münaqişə bölgəsindəki status-kvonun əbədi olaraq qoruna bilməyəcəyini bir daha isbatlamışdı.  Aprel döyüşlərindən iki il sonra Ermənistanda siyasi təlatümlər baş vermiş və Serj Sarkisyan rejimi nəhayət yıxılmışdı. Bir sözlə, Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqət silahlı qüvvələrin işğal olunmuş əraziləri istənilən an azad etmək bacarığının göstəricisi oldu”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR